Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 10:44

Müdafiə naziri ön xətdə olub


Müdafiə naziri general-polkovnik Zakir Həsənov ön xətdə (arxiv fotosu).

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olub.

Bu barədə Müdafiə Nazirliyinin martın 23-ü yayılan məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, müdafiə naziri Ermənistan silahlı bölmələri ilə bilavasitə üzbəüz səngərlərdə xidmət edən hərbi qulluqçuları Novruz bayramı münasibətilə təbrik edib.

Buna da bax:​ Vitse-admiral şərti cəza ilə də razı deyil

“Ön xətt mövqelərində vəziyyətlə bağlı məruzələri dinləyən müdafiə naziri müdafiənin dayanıqlığını, texnika və silahların, bölmələrin döyüş hazırlığı səviyyəsini, maddi-texniki bazanın vəziyyətini yoxlayıb.

Sonra hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və nahar süfrəsi arxasında söhbət aparılıb. Nazir şəxsi heyətin sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb”, - deyə məlumatda qeyd edilir.

Bu il bahar Azərbaycana martın 20-si saat 14:29-da qədəm qoyub. Martın 20-dən 27-nə kimi ölkədə qeyri iş günləridir.

Buna da bax: Nazir xəstə hərbçilərə baş çəkib

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG