Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:34

Qərargah tapılan cəsədin neftçiyə aid olduğunu təsdiqləyir


Xəzərdə tapılan meyit (arxiv fotosu).

Martın 20-də Xəzər dənizində tapılmış naməlum kişi cəsədinin itkin neftçilərdən birinə aid olduğu deyilir.

Bu haqda Azadlıq Radiosuna Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, Xəzərdən tapılan cəsəd 2016-cı ilin dekabr ayında N.Nərimanov adına Neft- Qaz Çıxarma İdarəsində (NQÇİ) baş verən qəza nəticəsində itkin düşmüş neftçi Güloğlan Zülfüqarovundur.

Buna da bax:​ Qum adasında neft yatağında ağır qəza baş verib [yenilənir]

G.Zülfüqarov Ələt qəsəbə sakini olub. Dekabrın 15-də onunla birgə qardaşı Azay Zülfüqarov da itkin düşmüş sayılır.

G. Zülfüqarov 1965-ci il doğumludur. Səkkiz uşaq atası imiş.

Buna da bax:​ Dənizdən daha bir kişi meyiti tapılıb

«Azneft» İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar yaradılan Qərargah martın 20-də Xəzər dənizindən naməlum kişi meyitinin tapılması haqda məlumat yaymışdı.

* * *

Qərargah tapılan cəsədin neftçiyə aid olduğunu təsdiqləyir

Məlumatı qəza ilə əlaqədar Dövlət Dəniz Administrasiyası yanında yaradılan Qərargah da martın 22-si günün ikinci hissəsində təsdiqləyib.

“Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 20 – də aşkar edilən kişi meyitinin, «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Güloğlan Zülfüqarova məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək”, – deyə məlumatda qeyd edilir edir.

XATIRLATMA

2016-cı il dekabrın 15-də səhər saatlarında N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın bir hissəsinin və onun üzərindəki budkanın dənizə uçması ilə 10 nəfər neftçi dənizə düşüb. Onlardan birinin meyiti həmin gün tapılaraq ailəsinə təhvil verilib. 9 neftçinin itkin düşdüyü açıqlanıb. Daha sonra isə 4 neftçinin meyiti aşkar edilərək sahiblərinə verilib. Qalan neftçilər hələ də rəsmən itkin sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG