Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:50

Tillerson-dan Monteneqro çağırışı


Rex Tillerson

ABŞ-ın Dövlət katibi Rex Tillerson Senat liderlərinə yazaraq onları Monteneqronun NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb. Medianın martın 21-də yazdığına görə, Tillerson deyib ki, bu, Birləşmiş Ştatların maraqlarına tamamilə cavab verir.

Tillerson martın 7-də yazdığı məktubunda qeyd edir ki, Monteneqronun hərbi alyansa üzvlüyü Balkanlarda daha böyük inteqrasiyanı, demokratik islahatları, ticarəti, təhlükəsizliyi və sabitliyi dəstəkləmiş olar. Xəbəri «Reuters» agentliyi yayıb.

İki respublikaçı senator – Rand Paul və Mike Lee-nin etirazı aylardır Senatda bu səsverməni yubadır. Paul Rusiyanı qəzəbləndirməyin mənası olub-olmadığını sual edir. Rusiya NATO-nun genişlənməsinə qarşıdır.

650 min əhalisi olan Monteneqronun mayda NATO sammitində alyansın tam üzvünə çevrilməsindən ötrü 28 ölkənin dəstəyi gərəkdir. Hələlik, 24 ölkə onu təsdiqləyib.

XS
SM
MD
LG