Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:16

İdxaldan asılılıq inflyasiya yaradır


Karikatura illüstrasiya.

Azərbaycanda qiymətlərin artmasında idxalın payı ciddidir. Bu ilin ilk ayında da belə olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarında idxal olunan məhsulların qiymətləri 2016-cı ilin dekabr ayı ilə müqayisədə 2.2 faiz bahalanıb.

MDB ölkələrindən idxal olunan məhsulların qiymətlərinin 2.1 faiz, digər ölkələrdən idxal olunan məhsulların qiymətlərinin isə 2.3 faiz artdığı qeyd edilir.

İdxalın bahalanması manatın dollara nisbətən həmin müddətdə dəyər itirməsi ilə izah edilir. Valyutanın yüksəlməsi ölkəyə gətirilən məhsulların qiymətinə təsirsiz ötüşmür. Onların hətta dollar ifadəsində qiymətləri dəyişməsə belə, manat ifadəsində artır və nəticədə idxal inflyasiyası yaranır. Ekspertlərin fikrincə, Azərbaycan əksər ərzaq məhsullarının idxalından asılıdır.

Əvvəlki aylardan fərqli olaraq, yanvarda ixrac da bahalanıb.

2017-ci ilin yanvarında ixrac olunan məhsulların qiymətləri 2016-cı ilin dekabr ayı ilə müqayisədə 1.9 faiz artıb.

MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 4.1 faiz, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri isə 1.8 faiz yüksəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG