Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 16:14

ABŞ Federal Təhqiqat Bürosu Rusiyanın seçkiiyə müdaxiləsi barədə istintaqı təsdiqləyib


James Comey

ABŞ Federal Təhqiqat Bürosunun direktoru James Komi (James Comey) xüsusi xidmətin Rusiyanın ABŞ-da prezident seçki kampaniyasına müdaxiləsi ilə bağlı istintaq aparmasını təsdiqləyib.

Azad Avropa və Azadlıq Radiosunun (RFE/RL) məlumatına görə, o bunu ABŞ Konqresi Nümayəndələr palatasının kəşfiyyat komitəsində keçirilən dinləmələr zamanı deyib.

Komi bildirib ki, adətən Federal Təhqiqat Bürosu istintaqı təsdiqləmir.

Amma istisna hallarda bu mümkündür və belə hallarda bu cür istintaq istisna deyil.
Komi qeyd edib ki, istintaqla bağlı hər şey məxfi olacaq və bunda kimlərin iştirak etməsi barədə açıqlama verilməyəcək.

Buna da bax.FBI direktoru ifadə verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG