Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 13:46

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda əksər istehsal məhsulu və xidmətlərin qiyməti artıb.

Bu ilin fevral ayında qeyri-ərzaq məhsullarının qiymətləri yanvar ayına nisbətən 0.9 faiz, yanvar fevral aylarında əvvəlki ilin analoji dövrünə nisbətən isə 12.5 faiz bahalaşıb. Beləliklə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb.

NƏ NƏ QƏDƏR BAHALAŞIB

Parçalar 22.6, geyim 18.7, ayaqqabı 20.1, inşaat materialları 9.7, mebel və ev əşyaları da 7.9 faiz bahalaşıb.

Bundan başqa, xalça, digər döşəmə örtüklərinin 16.4, məişət cihazlarının 9.5, kiçik elektrik cihazlarının 12.7, şüşə məmulatları, yemək qabları və əşyalarının da 18.6 faiz bahalaşdığı bildirilir.

Evə qulluqda lazım olan məhsulların (mebellərə qulluq etmək, unitaz və vannaların təmizlənməsi, qabların yuyulmasından ötrü vasitələr) da 14.4 faiz bahalaşdığı deyilir.

Habelə, dərmanlar 13.8, müalicə ləvazimatları 10.9, minik avtomobilləri 10, velosipedlər 15, minik avtomobillərinin ehtiyat hissələri 12.4, telefon aparatları 9.8, foto-kino avadanlıqları və optik cihazlar da 10.9 faiz bahalaşıb.

DİGƏR BAHALAŞMA...

Məlumatın işlənməsindən ötrü avadanlıqlar (kalkulyator, fərdi kompyuter, noutbuk, planşet) 7.4, oyuncaqlar 16.6, açıq havada idmanla, turizmlə məşğul olmaq və istirahət etməkdən ötrü əşyalar 12.9 faiz bahalaşıb.

Bundan başqa, kitabların 7.3, qəzetlərin, dövrü nəşrlərin 3.2, dəftərxana ləvazimatlarının 18.3 və zərgərlik məmulatlarının da qiymətlərinin 15.4 faiz artdığı açıqlanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG