Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 04:00

Prezident İlham Əliyev bu gün, martın 17-si Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamın mətni president.az saytında yayılıb.

Sənəddə qeyd edilir ki, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

Sərəncam prezidentin ötən il dekabrın 6-da təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tətbiqindən irəli gəlir.

Buna da bax:​ 3 ayda işləyənlərin sayı 4 minə qədər azalıb

Orada Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin edilməsi, sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması əsas strateji hədəf kimi müəyyən edilib.

Sərəncamda bildirilir ki, həmin məqsədlərə nail olmaqdan ötrü qeyri-rəsmi məşğulluğun önlənməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi zəruridir. Habelə, işsizlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməlidir.

Buna da bax: 'Azı 10 bank var ki, müflis olacaq...' [video]

Sərəncama əsasən, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Komissiyanın sədri Baş nazirin müavini Əli Əhmədov təyin edilib.

Üzvlər isə vergilər, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi naziri, Dövlət Statistika Komitəsinin, Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG