Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:31

Azərbaycan Cənub Qaz Dəhlizinə 1 milyard borc tapdı


Qaz arxiv fotosu

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) beynəlxalq kapital bazarlarında daha 1 milyard dollarlıq avrobond satıb. Başqa sözlə, QSC 1 milyard dollar borc alıb: 5,8 faizlə.

“Cənub Qaz Dəhlizi” QSC-dən AZƏRTAC-a bildiriblər ki, bir il qabaq da bazarlara 1 milyard ABŞ dolları məbləğində 10 il ödəmə müddəti ilə istiqrazlar yerləşdirmişdilər.

Amma o zaman bu borc 7 faizlə alınmışdı.

İldə 7 faiz təklifi borc istəyənin pula böyük ehtiyacından və ya borc verənin riskə görə daha yüksək faiz istəməsindənxəbər verir.

Amma indiki istiqrazlarda illik faiz dərəcəsi nisbətən aşağıdır – 5,8 faiz.

İstiqrazlar Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilib.

“Cənub Qaz Dəhlizi” QSC-nin dövlət zəmanətli istiqrazları təbii ki, investorların marağına səbəb olub.

QSC-nin məlumatına görə, istiqrazların ən böyük hissəsini - 45 faizini ABŞ, 40 faizini Britaniya , 13 faizini digər Avropa ölkələri, 2 faizini isə Asiya və Yaxın Şərq ölkələri alıb.

“Cənub Qaz Dəhlizi” QSC-ninsəhmlərinin 100 faizi birbaşa və dolayısı ilə Azərbaycan Respublikasına məxsusdur,bu şirkət Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 min 500 kilometrdən çox olan “Cənub Qaz Dəhlizi” beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edir.

İstiqrazları beynəlxalq maliyyə bazarlarında “Citi Bank”, “UniCredit”, “JP Morgan” banklarından ibarət sindikat yerləşdirib.

Neft qiymətlərinin kəskin düşməsinə görə maliyyə sıxıntısı keçirən Azərbaycan Avropaya böyük həcmdə qaz satmaqla iqtisadi vəziyyətini düzəldəcəyinə ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG