Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 04:03

Almaniya kansleri Angela Merkel-in Rusiyaya səfərinin tarixi bəlli olub. Rusiya prezidenti Vladimir Putin Bavariyanın baş naziriylə görüşündə mayın 2-də kansleri Moskvada gözləyəcəyini deyib.

Rusiyayla Almaniyanın münasibətləri 3 il əvvəldən—Rusiyanın Ukraynaya müdaxiləsindən, Suriyadakı əməliyyatlarından sonra pisləşib. Almaniya və Fransa Rusiyanın ən kəskin tənqidçiləridir.

Bu gün isə kansler Vaşinqtona yola düşür. O, ilk dəfə olaraq ABŞ prezidenti Donald Trump-la üz-üzə görüşəcək. Yerli mətbuata müsahibəsində A.Merkel bu görüşü zövqlə və maraqla gözlədiyini söyləyib.

A.Merkel-lə D.Trump-ın iqtisadi və təhlükəsizlik, eləcə də beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənir.

Onların görüşü bir neçə gün əvvələ planlanmışdı, ABŞ-ın şərqində çovğun olduğundan təxirə salındı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG