Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:49

"Lukaşenko, çıx get"


Belarusda tutulanların məhkəməsi
Belarusda tutulanların məhkəməsi

Belarusda “Tüfeyli olmayanların yürüşü” adlı nümayiş keçirilib. Martın 15-də 2 mindən çox yürüş iştirakçısı “ Lükaşenko, çıx get” şüarı ilə Minsk küçələrindən keçiblər.

Nümayişçilər "tüfeylilərə vergi" qanununa etiraz edirlər. Qanuna görə, işsiz olan və işsizlik idarələrində də qeyddiyata düşməyən 6 aydan sonra cərimə ödəməlidir. Bu da ildə 200 dollar pul edir. Belarusda orta aylıq maaş 380 dollardır.

Bir sıra etiraz nümayişlərindən sonra ölkə prezidenti Aleksandr Lukaşenko bu qaydanın icrasını müvəqqəti dayandırdı. Ancaq etirazlar davam edir.

Nümayiş iştirakçısı Anna Tolstıx:

“Biz rezervasiyadakı kimi yaşayırıq. Bu, daxili işğal rejimidir. Bizdə konstitusiya, qanunlar yoxdur. Qanunları qorumalı adamların özləri qanunu pozur. Hakimlər qanunu pozur, milis yalandan ifadə verir. Bu, hamısı xalqı ələ salmaqdır. Buna dözmək daha mümkün deyil. Elementar haqlar, işləmək hüququ məhv edilib. İnsanlar yaşamaq üçün pul qazana bilmirlər”.

Yürüşdən sonra milis onlarla iştiraçını saxlayıb.

Buna da bax

Belarusdakı etirazlar Azərbaycandan necə görünür? Belarusda fikirlər var ki. bütün bunları xarici qüvvələr təşkil edir, o cümlədən Rusiyadan şübhələnirlər. Belə etirazlarda daxili və xarici amillərin rolu nədir?

Politoloq Azər Qasımlı deyir ki, son vaxtlar Rusiya və Belarus arasında münasibətlərin soyuduğunu görmək mümkündür. Politoloq hesab edir ki, indi Belarusda baş verən etiraz aksiyalarında bilavasitə Rusiyanın rolu var. Onun sözlərinə görə, Rusiya ilə Belarus həmsərhəd ölkələr olduğu üçün Rusiyanın bu ölkəyə təsir imkanları böyükdür.

Azər Qasımlı bildirir ki, hətta Belarus hakimiyyətində Rusiyaya yaxın olan şəxslərin də sayı az deyil. Onun fikrincə, Belarus varlı dövlət deyil və illərdir bu vəziyyət dəyişmir. Bu səbəbdən indi belarusların sosial vəziyyətə etiraz etməsi bir qədər şübhə doğurur. Azər Qasımlı deyir ki, bu aksiyaların Rusiya ilə münasibətlərin pisləşməsindən sonra baş verməsi isə burda Rusiyanın əli olması ehtimalını daha da gücləndirir.

Azər Qasımlı: "Belarus on illərdir belə idarə olunur..."
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00
Direct-ə keçid

Politoloq Elxan Şahinoğlu düşünür ki, Belarusda baş verən etiraz aksiyaları işləməyən vətəndaşların vergi ödəməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədardır. Politoloq qeyd edir ki, əvvəllər belə aksiyalar güc qüvvələri tərəfindən dağıdılsa da bu dəfəki aksiyalara azad şəkildə həyata keçirilir.

Elxan Şahinoğlu deyir ki, məsələnin maraqlı tərəfi odur ki, aksiyalar ilk dəfə təkcə paytaxt Minskdə deyil, başqa regionlarda da keçirilir. Onun sözlərinə görə bu ondan xəbər verir ki, bu aksiyaların arxasında hansısa qüvvələr dayanır. Elxan Şahinoğlu bildirir ki, son vaxtlar rəsmi Moskvanın Belarus prezidentinin ritorikasından narazılığı hiss olunur. Onun sözlərinə görə belə xəbərlər var ki, Rusiyada bəzi dairələr Lukaşenkonun Ukrayna yolunu getmək istədiyinə və Rusiya ilə əlaqələri kəsmək istəyinə görə onu devirmək barədə düşünə bilərlər.

Elxan Şahinoğlu: "Yürüşlərin arxasında kənar qüvvələrin durduğunu deməyə əsaslar var"
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirir ki, Belarusdakı aksiyaların konkret səbəbləri var. Rasim Musabəyov qeyd edir ki, həmin aksiyalardan Belarus prezidentinə qarşı təzyiq vasitəsi kimi istifadə ediləcəyini istisna etmək olmaz. Onun sözlərinə görə bunu etməyə həm Rusiya, həm də Qərb meylli ola bilər.

Politoloq deyir ki, hələlik bu aksiyalar spontan xarakterlidir. Rasim Musabəyov düşünür ki, Belarus prezidenti vəziyyəti kifayət qədər nəzarətdə saxlayır.

Rasim Musabəyov: "bunu etməyə həm Rusiya, həm də Qərb meylli ola bilər"
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG