Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:57

ABŞ Dövlət katibi Rex Tillerson büdcə xərclərinin ixtisarından danışdı


Rex Tillerson və Fumio Kishida. Tokiyo, 16 Mart, 2017

ABŞ Dövlət katibi Rek Tillerson (Rex Tillerson) Dövlət Departamentinə mövcud xərclərin çox olduğunu deyib.

AzadlıqRadiosunun Reuters agentliyinə istinadla verdiyi məlumata görə, Tillerson bunu martın 16-da Tokioda Dövlət Departamentinin büdcəsinin təxminən 28 faiz azaldılması ilə bağlı prezident Donald Trumpun planına münasibət bildirərkən deyib.

Tillerson qeyd edib ki, Dövlət Departamentinə xərclər indiki səviyyədə davam etdirilə bilməz.

Ağ ev Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) ümumilikdə 25,6 milyard dollarlıq büdcə təklif edir ki, bu indiki xərclərdən təxminən 28 faiz azdır.

Dövlət Departamentində belə bir ixtisar Ağ evin 2018-ci il üçün büdcə planının tərkib hissəsidir. Hansıki burda həmçinin xarici yardımlar və ekoloji proqramların azaldılması hesabına hərbi xərclərin artırılması nəzərdə tutulur.

Büdcə martın 16-da təqdim olunmalıdır.

ABŞ-da yeni büdcə ili oktyabrın 1-dən başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG