Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 05:10

Prokurorluq Xırdalanda ölənlərin adlarını açıqlayıb [yenilənib]


Foto arxiv

Dəm qazında ölənlərin şəxsiyyəti dəqiqləşdirilib. Ölənlərdən iksinin Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri olduğu bildirilir. Digərlər qadınların isə onların qohumları, yaxınları olduğu deyilir.

+++

Bu gün, martın 15-i Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında 5 qızın cəsədi aşkarlanıb.

Bunu Abşeron rayon Polis İdarəsindən bildiriblər.

Buna da bax:​ "Hamamdaydım, gözümü açanda özümü xəstəxanada gördüm"

Polis idarəsindən verilən məlumata görə, həmin ünvanda kirayədə yaşayan 5 qızın dəm qazından boğularaq öldükləri güman edilir.

Faktla bağlı araşdırma gedir.

Polis idarəsindən qeyd ediblər ki, hələlik, həlak olan qızların adı və soyadı dəqiqləşdirilir.

Eləcə də hadisənin nə zaman baş verdiyi bəlli deyil. Sadəcə, meyitlər martın 15-də aşkarlanıb.

Buna da bax: Toksikoloq: 'Qadınlar dəm qazına daha dözümlü olur'

* * *

Prokurorluq Xırdalanda ölənlərlə bağlı cinayət işi açıb

Baş Prokurorluq Xırdalanda beş nəfərin ölüm ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, martın 15-də saat 12 radələrində Xırdalanda 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, hadisə yerindən işdən ötrü əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalar zamanı mənzildə yaşayanların dəm qazından boğulduğunun müəyyən edildiyi açıqlanır.

Buna da bax:​ Dəm qazı bəlaya çevrilib?

Həyatını itirənlərin Mələk Abbasova (1992), Nübar Musayeva (1974), Turanə Xanlayeva (2000), Lamiyə Xanlayeva (1999) və Aytən Musazadə (1993) olduğu dəqiqləşdirilib.

Onlar martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölüb.

Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq iş üzrə zəruri istintaq tədbirlərinin davam etdirildiyini bildirir.

Ölənlərdən iksinin Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri olduğu bildirilir. Digərlər qadınların isə onların qohumları, yaxınları olduğu deyilir.

Buna da bax:​ 'Əhaliyə verilən qaz keyfiyyətsizdir'

Respublika Kliniki Xəstəxanasında isə Azadlıq Radiosuna bildirilib ki, hazırda meyitləri Məhkəmə -Tibbi-Ekspertizası və Potoloji Anatomiya Birliyinin əməkdaşları müayinə edirlər. Ölümün dəqiq səbəbi bundan sonra bəlli olacaq.

Analoji hadisə bu ilin yanvarında Bakının Yasamal rayonunda da qeydə alınmışdı. O zaman da 5 əcnəbi tələbənin dəm qazından boğulduqları bildirilirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG