Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 12:48

Bu ilin yanvar-fevral aylarında sənaye sahəsində 6.5 milyard manatlıq məhsulu istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsalda 3.7 faiz azalma deməkdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5 faiz artıb. Neft sektorunda isə 5.1 faiz azalıb.

Sənaye məhsulunun 71.8 faizi mədənçıxarma sektorunda, 22.5 faizi emal sektorunda, 5 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub. İstehsalın 0.7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşür.

NEFT HASİLATI AZALIB

Mədənçıxarma sektorunda neft hasilatı 7.3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5.3 faiz artıb.

Emal sektorunda qida məhsullarının istehsalı 1 faiz, içkilərin istehsalı 59.8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2.6 dəfə, geyim istehsalı 48.5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı da 46.7 faiz artıb.

Kağız, karton istehsalının 4.6 faiz, əczaçılıq məhsullarının 58.9 faiz, rezin, plastik kütlə məmulatlarının 82.3 faiz, tikinti materiallarının 71.2 faiz, metallurgiya sənayesi məhsullarının 23.0 faiz, kompüter, elektron məhsulların 82.8 faiz, elektrik avadanlıqlarının da 3.4 dəfə artdığı açıqlanıb.

Bundan başqa, nəqliyyat vasitələrinin 25.6 faiz, mebel istehsalının da 73.2 faiz artdığı deyilir.

Tütün məmulatlarının istehsalının 63.5 faiz, dəri, ayaqqabı istehsalının isə 36.2 faiz azaldığı bildirilir.

Habelə, poliqrafiya məhsullarının 66.1 faiz, neft məhsullarının 6.1 faiz, kimya sənayesi məhsullarının 6.7 faiz, hazır metal məmulatlarının 11 faiz, maşın və avadanlıqların da istehsalının 66.2 faiz azaldığı açıqlanıb.

Son olaraq, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın 3.3 faiz artdığı bildirilir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1.3 faiz azalma baş verdiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG