Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:39

Bakıda İlaxır çərşənbə şənliyi


Bakıda Novruz şənliyi -2016

Bu gün, martın 14-də Bakı şəhər İcra Hakimiyyəti İlaxır çərşənbə münasibətilə paytaxtda Novruz şənliyi təşkil edir.

Şənliyin proqramına əsasən, Novruz personajlarının iştirakı, dəvələr və süvarilərin müşayiət ilə bayram karvanı Suraxanıdakı «Atəşgah»a yola düşüb.

«Atəşgah»dan od götürən bayram karvanı geriyə qayıdaraq axşam saat 19:00-da Qoşa Qala qapıları ilə üzbəüzdəki «Gənclik meydanı»nda bayram tonqalı alovlandıracaq.

Bundan sonra, incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Bu gün, martın 14-də Azərbaycanda İlaxır (Torpaq) çərşənbəsi qeyd edilir. Buna qədər Su, Od və Yel çərşənbələri olub.

Bu il bahar Azərbaycana martın 20-si saat 14:29-da qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG