Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:01

Ukrayna Rusiyanı 'Eurovision'a buraxmaq istəmir


Yulia Samoilova
Yulia Samoilova

Rusiya «Eurovision-2017»ni boykot edəcəyi barədə şayiələrə son qoyaraq yarışmaya göndərəcəyi ifaçının adını açıqlayıb. Bu, 27 yaşlı müğənni Yulia Samoilova-dır. Amma indi də Ukraynanın ifaçını boykot edəcəyi gözlənir.

BBC-nin yazdığına görə, Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti (SBU) Y.Samoilova-nın Ukraynanın ilhaq olunmuş vilayətində – Krımda konsertdə çıxış etdiyini öyrənib. Krım 2014-cü ildə rusların müdaxiləsi nəticəsində Ukraynadan ayrılıb, Rusiyaya ilhaq edilib. Ukrayna qanunlarına görə, Krıma Kiyevin icazəsi olmadan gedənlərin ölkəyə buraxılması yasaqlanır. SBU keçən il bu səbəbdən Rusiyanın 140 sənət adamını qara siyahıya salıb.

«MƏSƏLƏ GÖTÜR-QOY EDİLİR»

Y.Samoilova-nın adı siyahıda yoxdur. Amma BBC Y.Samoilova-nın Krımda konsertdə iştirakını etiraf etdiyini yazır. Müğənni Krımda 2015-ci ilin ortalarında – Rusiya Krımı ilhaq edəndən təxminən 1 il sonra çıxış etdiyini bildirib.

«SBU bu məsələni götür-qoy etməkdədir. İfaçının Ukrayna ərazisinə buraxılmasıyla bağlı tarazlı qərar verməyə çalışacağıq». SBU-nun sözçüsü Olena Gitlianska Facebook səhifəsində belə yazıb. Onun sözlərinə görə, qərar Ukrayna qanunlarına əsaslanacaq.

'Eurovision'a hazırlıqlar: Korrupsiya ittihamları səngimir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Amma Kremlin sözçüsü Dmitry Peskov Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində «Eurovision» mahnı yarışmasının beynəlxalq müsabiqə olduğunu və müsabiqəyə ev sahibliyi edən ölkənin onun qaydalarına uyğun davranmalı olduğunu söyləyib.

Rusiyanın müsabiqəyə məhz Krımda konsert vermiş ifaçını göndərməsini təxribat sayanlara gəlincə, D.Peskov bu fikri rədd edib. O, az qala, bütün ifaçıların Krıma səfər etdiyini, «Eurovision-2017» ilə bağlı seçimin isə televiziya kanalına məxsus olduğunu bildirib, «Biz «Eurovision» yarışmasını siyasiləşdirmək istəməzdik», – deyib.

SON TARİXƏ BİR GÜN QALMIŞ

Rusiya Kiyevə göndərəcəyi ifaçının adını ötən bazar – ifaçıların müəyyən edilməsinə görə qoyulan vaxtın bitməyinə bir gün qalmış açıqlayıb. Gecikməyə səbəb, yəqin ki, yarışmanın boykotuyla bağlı çağırışlardır. Bəzi Rusiya parlamentariləri, eləcə də musiqiçilər «Eurovision»un siyasiləşmiş yarışma olduğunu deyir, ölkənin müsabiqəyə qatılmasının əleyhinə çıxışlar edirdilər. Ultramühafizəkar deputat Vitaly Milonov isə rusların «fanatların idarə etdiyi ölkə»də arzuedilməz qonaq ola biləcəyini söyləmişdi.

«Eurovision-2017»nin Kiyevdə keçirilməsinə səbəb ötənilki müsabiqədə ukraynalı müğənni Jamala-nın qalib gəlməsidir. Jamala-ya qələbə qazandıran onun Krım tatarlarının sürgünündən bəhs edən ifası idi, ona görə də bu qələbə Rusiya tərəfdən birmənalı qarşılanmamışdı.

«Eurovision-2017» mayın 9-da başlamalıdır. Final konserti mayın 11-də olacaq.

Azərbaycanı yarışmada DiHay «Skeletons» mahnısıyla təmsil edəcək.

XS
SM
MD
LG