Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 07:34

Azərbaycan hökuməti Rusiyadakı səfiri Polad Bülbüloğlunu UNESCO-nun baş direktoru vəzifəsinə namizəd göstərib.

Bu məlumatı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də təsdiq edib.

XİN sözçüsü 2017-ci ildə Azərbaycanın UNESCO–ya üzvlüyünün 25 illiyinin qeyd olunduğunu, ikitərəfli sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirib.

Buna da bax:​ Polad Bülbüloğludan "pis işləyən" erməni səfir işdən çıxarıldı

“UNESCO ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil, elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verib. Multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğu Azərbaycan zəngin tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə UNESCO-nun dəyərlərinə sadiq olaraq onların təşviq edilməsinə öz töhfəsini verməkdədir”, XİN sözçüsü bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün deyilənləri nəzərə alaraq, prosedur qaydalara uyğun şəkildə P. Bülbüloğlunun namizədliyini irəli sürüb.

Buna da bax: Azərbaycandakı sülalə hakimiyyəti Avropadan ötrü pis əlamətdir. Niyə?

XİN inanır ki, P. Bülbüloğlunun seçilməsi UNESCO-nun məqsəd və məramlarının təşviqinə töhfə verə bilər.

UNESCO-nun baş direktorunun səlahiyyətləri bu il başa çatır. Payızadək namizədlərin irəli sürülməsi həyata keçiriləcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG