Keçid linkləri

2017, 24 Mart, Cümə, Bakı vaxtı 12:06

Türkiyə konstitusiyaya dəyişikliklərə «yox» deyəcək. Bunu Türkiyənin əsas müxalifət partiyası—CHP-nin lideri Kemal Kılıçdaroğlu AFP agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, hətta hakim AKP daxilində bu düzəlişlərlə bağlı suallar qaldırılıb.

Türkiyə konstitusiyasına dəyişikliklər apreldə referenduma çıxarılacaq. Dəyişikliklər prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırılmasını nəzərdə tutur.

«Bir şəxsin bu qədər səlahiyyətə və nüfuza malik olması Türkiyənin gələcəyinə təhlükə yarada bilər», - K.Kılıçdaroğlu belə deyib. Onun sözlərinə görə, yeni konstitusiya demokratiyadan imtina etmək deməkdir.

Türkiyənin hökumətyönlü mətbuat orqanlarının yazdığına görə, sorğular seçicilərin düzəlişlərə «hə» deyəcəyini göstərir. Müxalif mətbuat isə əksini deyir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG