Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 01:31

Hökumət ictimai yerlərdə siqaret çəkilməsini xeyli məhdudlaşdırmağı planlaşdırır.

Bununla bağlı qanun layihəsi bu gün, martın 10-da parlamentin insan hüquqları, əmək və sosial siyasət komitələrinin iclasında müzakirə olunub.

Qanun layihəsi bir çox ictimai yerlərdə siqaret çəkilməsinin yasaqlanmasını nəzərdə tutur.

Siqaret çəkilməsinə yasaq gətirilməsi istənilən yerlər sırasına təhsil müəssisələri, idman kompleksləri, ticarət obyektləri, restoranlar, kafelər, otellər, sanatoriyalar, kinoteatrlar, muzeylər, yeraltı və yerüstü keçidlər daxildir.

Buna da bax:​ Deputat: ‘Siqareti universitetlərin dəhlizlərində çəkirlər’

Bundan əlavə, bütün növ nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında, vağzallarda, aeroportlarda, taksofonlarda, liftlərdə, çoxmənzilli binaların ümumi meydançalarında, çimərliklərdə, mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatların iş yerlərində siqaret çəkməyin qadağan edilməsi təklif olunur.

Qanun layihəsinin müzakirəsi parlamentin plenar iclasında davam etdiriləcək.

Qadağanı pozanlar...

Qanun layihəsində qeyd edilir ki, yasaqları pozanlar mülki, inzibati qaydada məsuliyyət daşıyacaqlar.

Buna da bax:​ Siqaretə məhdudiyyət qoyula bilər

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsi ictimai yerlərdə siqaret çəkilməsinə görə, cəza olaraq cərimə nəzərdə tutur.

Həmin məcəlləyə görə, qanunla qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə, otuz manat cərimə cəzası tətbiq edilir.

Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə, yüz, dəmir yolu, dəniz və çay nəqliyyatında isə qırx manat cərimə tətbiq olunur.

Metropolitendə siqaret çəkməyin cəzası isə əlli manatdır.

Məcəlləyə görə, şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsi də qadağan olunur. Cəriməsi qırx manatdan əlli manata qədərdir.

Buna da bax:​ İctimai yerlərdə siqaret qadağan ediləcək

Layihədə isə cərimələrin nəzərdə tutulduğu yerlərin əhatəsi genişləndirilir. Hələlik, layihənin detalları ictimaiyyətə açıqlanmayıb.

Milli Məclisin saytının yaydığı xəbərə görə, müzakirələrdə vurğulanıb ki, layihə işlənərkən Rusiya və Türkiyə təcrübəsindən istifadə edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG