Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 11:57

Bu ilin ilk ayında vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 633,1 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəqəmlərə görə, illik müqayisədə problemli kreditlər 318,5 milyon (24,2 faiz) manat çoxalıb.

İlin əvvəli ilə müqayisədə isə yanvarda problemli kreditlərin həcmi 160,5 milyon manat artıb.

Buna da bax:​ Problemli kreditlər silinə bilərmi?

Problemli kreditlərin iqtisadiyyata kredit qoyuluşlarında payı 9,8 faiz təşkil edir. Ötən ilin sonuna bu göstərici 9 faiz idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG