Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:57

Türkiyədə baş verən vertolyot qəzasında 5 nəfər ölüb


Istanbulda vertolyot qəzası, 10 Mart, 2017

Türkiyədə baş verən vertolyot qəzasında azı 5 nəfər ölüb.

Bu barədə martın 10-da milliyet.com. saytı, NTV və “Haber Turk” televiziya kanalları da daxil olmaqla Türkiyə KİV-ləri məlumat yayıb.

Qəza İstanbulun Böyükçekmece rayonunda baş verib.

Məlumatı rayonun bələdiyyə rəhbəri Həsən Akgün də təsdiqləyib.

Məlumatlara görə, vertolyotda 7 nəfər olub və onlardan 4-nü Rusiya vətəndaşıdır.

"Yeni Shafak" qəzeti ölənlərin adlarını açıqlayıb. mənbənin yazdığına görə bunlar Rusiyalı biznesmenlər Aleksandr Vannin, İqor Koçerqin, Lyudmila Çurova və Yelena Badraqa, beşincisi isə "Eczaçibaşi" Holdinqin rusiya filyalı olan Vitra Tiles-in baş direktoru Səlim Özen-dir.

Vertolyotun özəl “Eczacıbaşı” qrupuna aid olduğu bildirilir.

Məlumatlara görə, hava taksisi kimi fəaliyyət göstərən vertolyot, təxminən saat 11:20-11:30 radələrində dumanlı havada televiziya qülləsinə ilişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG