Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 03:58

«Martın 9-u yol-nəqliyyat qəzasında xəsarət alaraq xəstəxanalara yerləşdirilən tələbələrin durumu yaxşılaşmağa doğru gedir».

Bunu Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib.

Onun deməsinə görə, Bakı şəhər 1 saylı Klinik Xəstəxanada müalicə alan universitetin tarix-coğrafiya fakültəsinin tələbəsi Lalə Nəsibzadə hələ komadan ayılmayıb. Digər xəsarət alan tələblərin səhhətində ağırlaşma yoxdur.

N.Cəlilli bu yol nəqliyyat qəzasında vəfat edənlərin dəfn olunduqlarını söyləyib: «Yalnız İbrahim Quliyevin cənazəsi bu gün, martın 10-da Cəlilabada göndəriləcək».

Buna da bax-'Bakı-Sumqayıt marşrutunda illərdir özbaşınalıqdır' [qəzaya reaksiyalar]

N.Cəlilli daha iki nəfər xəsarət alan tələbənin xəstəxanadan buraxıldığını söyləyib.

Səhiyyə Nazirliyi də qəzada xəsarət alanlardan tələbə Lalə Nəsibzadədən başqa, digərlərinin səhhətində narahatlığa ciddi əsasların olmadığını bildirib.

XATIRLATMA

Martın 9-u Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb. Ölənlər Sumqayıt Dövlət Universitetində təhsil alırmış.

Mikroavtobusda 28 nəfər şəxs olub. Onlardan 3-nün xəsarəti yüngül olduğundan, hələ martın 9-da evə buraxılmışdı. Qalanları isə xəstəxanalara yerləşdirilmişdi.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində faktla bağlı cinayət işi açılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması -ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG