Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:56

'İran Suriyada olduğu müddətdə ora sülh gəlməz'


Benjamin Netanyahu və Vladimir Putin

İsrailin baş naziri Benjamin Netanyahu Rusiya prezidenti Vladimir Putin-ə xəbərdarlıq edib, «nə qədər ki, İran Suriyadadır, Suriyaya silah və silahlı qüvvə göndərir, orda sülhə nail olmaq mümkün olmayacaq» - deyib. V.Putin B.Netanyahu-ya cavabında İsrailin narahatlıqlarının keçmişlə bağlı olduğunu, XV əsrdə baş verənlərdən qaynaqlandığını bildirib, «gəlin bu gündən danışaq», - söyləyib.

B.Netanyahu və V.Putin dünən—martın 9-da Moskvada görüşüblər.

İran İsrailin ən böyük düşmənidir, Suriyada isə hakimiyyətdə olan Bashar əl-Assad rejimini müdafiə edir. Sünnilərlə mübarizədə hökumətə yardım üçün Suriyaya silahdan başqa öz silahlı qüvvələrini də göndərir.

B.Netanyahu-nun sözlərinə görə, İranın məqsədi İsrailə qarşı həm də Suriyadan mübarizə aparmaqdır. Ona görə də, İran silahlı qüvvələri Suriyadan çıxarılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG