Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 12:48

Kabildə xəstəxanaya hücumda 30-dan çox adam ölüb


Kabil - 8 mart 2017

Martın 8-də Kabildə hərbi hospitala edilən silahlı hücumda 30-dan çox adam ölüb, 50-dən çox adamsa yaralanıb.

Bu barədə Associated Press agentliyi Əfqanıstan müdafiə nazirliyinin nümayəndəsinə istinadla məlumat verib.

Bundan əvvəl 4 nəfərin öldüyü, 66 nəfərin yaralandığı bildirilirdi.

Müdafiə nazirliyinin məlumatına görə, hücumda 4 yaraqlı iştirak edib.

Onlardan biri özünü xəstəxananın əsas girəcəyində partladıb, qalanları isə binaya soxulublar.

Hücum edənlərin hamısı öldürülüb.

Hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

--

Kabildə silahlı şəxslər hərbi hospitala hücum ediblər. Hospital ABŞ-ın Əfqanıstandakı səfirliyinin binasına yaxın yerdədir.

Əfqanıstanın Müdafiə Nazirliyi hospitalda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında döyüş getdiyini, hücumçuların sayının bəlli olmadığını bildirib.

Şahidlərin dediyinə görə, əvvəl xəstəxana yaxınlığında partlayış olub, sonra ağxalatlı birinin hospitaldakılara atəş açdığı haqda məlumat yayılıb. Daha sonra isə bir dəstə silahlı adam hospitala hücuma keçib.

Yaraqlıların hücum etdiyi hərbi hospital Kabilin Vəzir Əkbər Xan rayonunda, ABŞ səfirliyinin yolunun üstündə yerləşir. Yaxınlıqda başqa 2 xəstəxana da var. Ərazidə yollar bağlanıb, Əfqanıstan təhlükəsizlik qüvvələrinə məxsus vertolyotlar uçur.

Döyüş hələ davam etdiyindən, ölən və yaralananlar haqda məlumat yoxdur.

Hadisəyə görə məsuliyyəti hələ kimsə üzərinə götürməyib. Bir həftə əvvəl talibançılar polis idarəsinə və kəşfiyyat xidmətinin düşərgəsinə hücum etmiş, onlarla adamı öldürmüşdülər.

Günün bütün mövzuları

XS
SM
MD
LG