Keçid linkləri

2017, 27 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:54

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur.

Bu bayramın əsası Avropa sosialistlərindən olan Clara Zetkin-in təklifi ilə 1910-cu ildə qoyulub.

Bu gün daha çox qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü sayılır.

Bu bayram ilk dəfə 1911-ci ildə Almaniya, daha sonra bir sıra başqa ölkələrdə qeyd edilib.

1975-ci ildə isə BMT bu günü 8 Mart- Beynəlxalq Qadınlar günü elan edib.

Azərbaycanda isə bu bayram sovet dönəmindən qeyd olunmağa başlayıb.

1995-ci ildən Azərbaycan qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart - Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG