Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:25

Macarıstan parlamenti sığınacaq istəyən şəxslərin avtomatik həbsinə qərar verib. Qərara görə, ölkəyə daxil olan bütün qaçqınlar ya sərhədlərdəki düşərgələrə aparılacaq, ya da həbsə atılacaqlar. Düşərgələrdə saxlanan miqrantların da oradan çıxmasına imkan verilməyəcək, yalnız qayıtmaq istədikdə düşərgəni tərk edə biləcəklər.

Hüquq müdafiəçilərinin etirazlarına baxmayaraq, parlament qətnaməni səs çoxluğuyla qəbul edib.

Macarıstanın baş naziri Viktor Orban deyib ki, onlar bu addımı Avropada terror hücumlarının artmasına cavab olaraq atıblar.

Macarıstan bundan əvvəl də sığınacaq istəyən qaçqınları həbs edirdi. 2013-cü ildə Brüssel, BMT və Avropa İnsan Haqları Məhkəməsinin təzyiqlərindən sonra həbslər dayandırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG