Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Bu yazıçı ömrünü yadplanetlilərlə qədim insanların əlaqələrini öyrənməyə həsr edib


İsveçrəli yazıçı Erich von Däniken.
İsveçrəli yazıçı Erich von Däniken.

"Tanrıların arabaları" adlı məşhur bestsellerin müəllifi isveçrəli yazıçı Erich von Däniken "DeutschWelle" xəbər agentliyinə müsahibə verib yadplanetlilər, antik mədəniyyətlər haqda fikirlərini bölüşüb.

Yadplanetlilər haqda fərziyyələrini kitablara çevirən yazıçı von Däniken bu günlərdə İngiltərənin Manchester şəhərində keçirilən "UNO və oyanış" sərgisində iştirak edib, orda öz kitablarını imzalayıb. Yazıçı adətən yadplanetlilərin qədim dövrlərdən bəri yer kürəsinə səfərlər etdiyini və qədim insan mədəniyyətlərinə təsirlər göstərdiyini bəyan edir. Xatırladaq ki, Erich von Däniken "psevdo elm"in nümayəndələrindən hesab olunur. Onun fikirləri bir çox elm adamları tərəfindən yazıçı təxəyyülü kimi qəbul edilir.

Buna da bax: Yazarlar gizli sirləri açırlar. Necə? Konspirologiyanın köməyi ilə... [Dinlə]

Erich von Däniken antik mədəniyyətlərlə yadplanetlilərin əlaqələrini öyrənərkən.
Erich von Däniken antik mədəniyyətlərlə yadplanetlilərin əlaqələrini öyrənərkən.

Erich von Däniken müsahibəsində deyir ki, indiki insanlar yadplanetlilərin bir parçasıdır və onlar insanların reaksiyalarını çox yaxşı bilir, insanların onların qarşısında şok keçirəcəklərini bildikləri üçün də insanların gözünə görünmürlər.

Ən məşhur kitabı "Tanrıların arabaları: keçmişin açılmamış sirrləri" 1968-ci ildə çap olunmuş isveçrəli yazıçının əsəri əsasında 1970-lərdə hətta "Gələcək haqda xatirələr" adlı sənədli film də çəkilib. Bu yazıçını elmi-fantastik janrla maraqlanan oxucular arasında məşhurlaşdırıb. Onun kitabları tezliklə bestsellerlərə çevrilib.

Buna da bax: Ədəbiyyatda Post insana kim inanır? (Polemika)

Erich von Däniken'in fikrincə yaxın 10 ildə yad planetlilər insanlarla ünsiyyətə keçəcəklər. "Onlar yer kürəsinə min illərdir gəlirlər və insanların əcdadları ilə daima ünsiyyətdə olublar. Onların növbəti dəfə özlərini bəlli edəcəkləri dövr isə çox yaxın zamanlara təsadüf edəcək. Yazıçının fikrincə dünyaya yad olan canlılar keçmişdə əcdadlarımız tərəfindən Tanrı kimi qəbul olunub. İnsanlar onları göydən yerə enən Tanrılar hesab ediblər. Qədim kitablarda onlar adətən insanlara texnologiya, ədəbiyyat, dil və s. verməklə kömək edirlər. Onlar insanlığı yox etmək deyil, kömək etməyə çalışırlar". - deyə o müsahibəsində bildirir.

Erich von Däniken'in "Tanrıların arabaları" adlı kitabı əsasında çəkilmiş sənədli film.

Xatırladaq ki, 1935-ci ildə İsveçrənin Zofingen şəhərində doğulmuş Erich von Däniken dünyadakı qədim mədəniyyətləri öyrənib, onların yadplanetlilərlə əlaqələndirməklə məşğul olan paleokontaktologiya adlı psevdoelm sahəsində məşhurdur. O "Arxeologiya, Astronavtika və Naməlum Şüur Forması tədqiqatları Assosasiyası"nın yaradıcılarından biridir. Yazıçının indiyədək elmi-populyar, elmi-tarixi mövzularda 30-a yaxın kitabı çıxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG