Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 12:48

ATƏT-in Minsk qrupun həmsədrlərinin bu həftəsonu Azərbaycana səfəri gözlənilir.

«Turan» xəbər verir ki, Rusiya, ABŞ və Fransanı təmsil edən həmsədrlər - Igor Popov, Richard Hoagland və Stephane Visconti həftəsonu Bakıya gələcək.

Səfər proqramına görə, həmsədrlər xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb Dağlıq Qarabağ münaqişəsinin durumu, çözüm yollarını müzakirə edəcək.

Həmsədrlərin Azərbaycandan sonra Ermənistana səfər edəcəyi bildirilir.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG