Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 08:18

Əli İnsanovun işi yenə məhkəməyə gedir


Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»

Keçmiş səhiyyə naziri Əli İnsanov barəsində açılmış cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işinin materialları, hələlik, məhkəməyə göndərilməyib.

Keçmiş nazirin vəkili Toğrul Babayev deyib ki, materiallarla tanış olurlar.

«Bu həftə ərzində materiallarla tanış olacağıq. Tanış olma mərhələsi həftə sonunda başa çatır və iş məhkəməyə göndərilməlidir», - vəkil bildirib.

XATIRLATMA

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Ardınca iqtisadi cinayətlərdə suçlanan keçmiş nazirə 11 il həbs cəzası kəsilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda ona yenidən cinayət işi açılıb. Keçmiş nazir bu dəfə həbsxana əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Onun həbs müddəti məhkəməyə qədər uzadılıb.

Əli İnsanov ittihamı qəbul etmir və yeni cinayət işinin də onu həbsdən buraxmamaq məqsədilə dövlət başçısının sifarişi ilə açıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG