Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 19:57

SOCAR-ın müəssisəsi özəlləşdirilməyə çıxarılıb


SOCAR.

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti tender elan edərək SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müəssisəsinin birini özəlləşməyə çıxarıb.

Bu, 2005-ci ildən şirkətin investorlara təklif edilən ilk qeyri-profil obyektidir. Buna qədər pul və çek hərraclarında şirkətin əsasən tikinti profilli bir neçə müəssisəsi satılıb.

İnvestorlara aprelin 4-də ölkə regionlarındakı kiçik müəssisə şəklindəki 10 obyektini almaq imkanı yaradılıb. Onların arasında SOCAR-ın İmişlidəki yardımçı təsərrüfatı da var.

Buna da bax:​ SOCAR ona lazım olan şirkəti ala bilmədi

Yardımçı təsərrüfatın daşınmaz əmlakı 533 kv metr sahə tutur. O, 40 min manat qiymətləndirilib. Təsərrüfat 19 ha əkin sahəsi tutur. Sahə 460 min manata satışa çıxarılıb. Təsərrüfatın işçisi yoxdur.

XATIRLATMA

2016-cı il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb.

Bundan sonra ölkədə özəlləşdirmənin yeni mərhələsi start götürüb. Bir sıra hərraclar keçirilib.

Buna da bax:​ SOCAR-ın təyyarə yanacağı ixracı 6 dəfədən çox azalıb

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG