Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:52

E.Məmmədyarov rusiyalı həmkarı ilə görüşür


E.Məmmədyarov və S.Lavrov

Xarici işlər nazirləri Elmar Məmmədyarov martın 6-da Moskvada rusiyalı həmkarı Sergei Lavrov-la görüşüb.

APA-nın xəbərinə görə, bundan öncə rusiyalı nazir görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan S.Lavrov Rusiya və Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini qeyd edib.

E.Məmmədyarov da, öz növbəsində, ölkələrarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

E.Məmmədyarov görüş zamanı ikitərəfli münasibətlərin səviyyəsini, beynəlxalq gündəmi müzakirə edəcəklərini söyləyib.

E.Məmmədyarov həmçinin, Rusiya və Azərbaycan XİN-ləri arasında bu ilə aid əməkdaşlıq və məsləhətləşmə planı imzalayacaqlarını da qeyd edib.

Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

XATIRLATMA

Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarov martın 6-da Moskvaya gedib.

E.Məmmədyarovun Rusiya hökuməti sədrinin müavini Dmitry Rogozin-lə də görüşü nəzərdə tutulur.

Eyni zamanda, E.Məmmədyarovun Rusiya Federasiyası Şurasının sədr müavini Ilyas Umakhanov-la da görüşü planlaşdırılır.

Matın 7-də Rusiya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasına həsr olunan sərgi nümayiş etdiriləcək.

Verilən xəbərlərə görə, E.Məmmədyarov Rusiya Xarici İşlər Nazirliyinin Akademiyasında Azərbaycan xarici siyasəti ilə bağlı məruzə söyləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG