Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Prezident britaniyalı nazir müavinini qəbul edib


SImon McDonald

«Böyük Britaniya şirkətləri son vaxtlar ölkəmizin qeyri-neft sektoruna daha çox maraq göstərir. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəlir və gələcəkdə ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracaq».

Bu gün, martın 6-da Böyük Britaniyanın xarici işlər nazirinin müavini Simon MacDonald-ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev belə deyib.

Səfərin iki ölkə arasında əməkdaşlıq və regional məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığını vurğulayan prezident gündəlikdə duran məsələlərin çox əhatəli olduğunu qeyd edib.

Ölkə başçısı enerji sektorunda iki ölkənin çox yaxşı əlaqələrə malik olmasından, BP şirkəti ilə 25 ilə yaxın vaxt ərzində əməkdaşlıq edilməsindən danışıb.

Azərbaycana səfərindən məmnun olduğunu ifadə edən britaniyalı qonaq Britaniya şirkətlərinin Azərbaycana sərmayələr yatırdığını qeyd edib.

Görüşdə Azərbaycanda təhsil, işsizliyin və yoxsulluğun azaldılması, sosial məsələlərin həlli istiqamətində islahatlar da müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG