Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 15:50

Prezident İlham Əliyevin martın 5-i İrana səfəri çərçivəsində bu ölkənin Ali rəhbəri Sayyid Ali Khamenei ilə görüşü olub.

Xəbəri President.az saytı yayıb.

Xəbərə görə, İ.Əliyev Azərbaycanla İranı yaxın dost və qonşu ölkələr adlandırıb: «Son illər Azərbaycan-İran əlaqələri çox yaxşı inkişaf edir. Siyasi, iqtisadi və digər sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal dəstəkləyir».

Dövlət başçısı belə qarşılıqlı səfərlərin münasibətləri daha da möhkəmləndirdiyini deyərək, bu səfərlər çərçivəsində 20-dək sənədin imzalanması və qərarların qəbul edilməsinin əhəmiyyətini vurğulayıb.

Sayyid Ali Khamenei İranın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini nəzərə çatdırıb.

İ.Əliyevin İran səfəri martın 5-də başa çatıb.

Prezident İ.Əliyev martın 5-də İrana səfər etmişdi. O bu səfərdə İranın dövlət başçısı Hassan Rouhani ilə də görüşmüşdü. İki ölkə arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa və dəmiryol əlaqəsinin birləşdirilməsinə dair anlaşma memorandumu imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG