Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:42

Martın 3-də Prezident yanında Əfv Məsələləri Komissiyası məhbusların müraciətlərini araşdırıb.

“Turan” Agentliyinin xəbərinə görə, iclasda əfv edilməsini istəyən daha 120 məhbusun müraciətinə baxılıb. Komissiya üzvlərinin baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verdiyi bildirilir.

Xəbərdə qeyd edilir ki, bu il ərzində komissiyada baxılmış müraciətlərin sayı 600-ü keçib.

Buna da bax:​ Əfv komissiyası yenə toplaşıb

Komissiyaya göndərilmiş əfv müraciətlərinin ümumi sayı isə 800-dən artıqdır.

Komissiya qarşıdakı günlərdə yenidən toplanacaq.

Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da, sonuncu dəfə isə dünən, martın 2-də toplaşmışdı.

Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözlədiklərini bildiriblər.

Buna da bax: Novruzda əfv gözlənilir

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva isə Azadlıq Radiosuna bundan əvvəl demişdi ki, siyasi məhbus sayılan şəxslərdən 27-nin adı əfv komissiyasına verilib.

Hüquq müdafiə təşkilatları ümumilikdə ölkədə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG