Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:50

Fuad Əhmədlinin həbs müddəti 3 ay artırıldı


Fuad Əhmədli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin həbs müddəti yenidən artırılıb.

Qərarı bu gün, fevralın 3-də Nəsimi rayon Məhkəməsi çıxarıb.

Prokurorluq qurumunun müvafiq vəsatətini araşdıran hakim Şəlalə Həsənova onu təmin edib.

Məhkəmə müdafiə tərəfinin əks arqumentlərini nəzərə almayıb. Cəbhəçinin həbs müddəti daha 3 ay artırılıb.

Buna da bax:​ Fuad Əhmədli yenidən 'kars'a salınıb

Xatırlatma

F.Əhmədli ötən il avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun açıqlamasında qeyd edilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

Buna da bax: Vəkil: Bu istintaq yox, cəzadır

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülenin çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb. AXCP isə bəyanat verərək bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib. Hazırda bu partiyanın 10-a yaxın üzvi həbsdədir.

Buna da bax:​ Həbs uzadılsa da istintaq aparılmır

Türkiyənin hakimiyyət orqanları Fethullah Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Gülen bu ittihamları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG