Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:46

Tərtərdə 500-dən çox heyvan tələf olub


Foto illüstrasiya

Tərtər rayonunda yayılan sarılıq xəstəliyi üzündən 500 başdan çox xırdabuynuzlu heyvanın öldüyü bildirilir.

«Report» xəbər verir ki, tələfat Əskipara kəndindəki toyuq fermasında məskunlaşan Laçın rayon məcburi köçkünlərinə məxsus bir neçə fərdi təsərrüfatda qeydə alınıb.

Sakinlərin deməsinə görə, heyvanlar arasında xəstəlik 2 aydır yayılıb. Baytar həkimlər xəstəliyin qarşısını almaq məqsədilə vaksinləmə işləri aparsalar da, bu, hələ ki, bir nəticə verməyib. Fermerlər bunu dərman preparatlarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər.

Tərtər Rayon Baytarlıq İdarəsi yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsini məlumatlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG