Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 12:07

ABŞ prokuroru seçkilərlə bağlı araşdırmadan kənarlaşıb


Jeff Sessions

Birləşmiş Ştatların baş prokuroru Jeff Sessions Rusiyanın seçkilərə müdaxiləsiylə bağlı araşdırmalardan kənar duracağını elan edib. Bunu prokurordan konqresmenlər tələb edirdilər. Səbəb J.Sessions-un keçən il Rusiyanın ABŞ-dakı səfiri Sergei Kislyak-la görüşlər keçirməsi və bu haqda konqresə məlumat verməməsidir.

J.Sessions dünən—martın 2-də mətbuat konfransı keçirərək, araşdırmalardan, həm də gələcəkdə bu məsələylə bağlılığı ola biləcək istənilən tədqiqatdan uzaq duracağını söyləyib.

Prezident Donald Trump konqresmenlərin tələblərinin J.Sessions-a qarşı «təqib kampaniyası» adlandırıb, demokratların hər fürsətdən yararlandığını deyib.

Mətbuatın yazdığına görə J.Sessions Rusiya səfiriylə prezident seçkiləri kampaniyası zamanı, rusların müdaxiləsinin ən qızğın dövrlərində görüşüb. J.Sessions isə o zaman D.Trump-ın müşaviri olmaqla yanaşı, senator kimi də fəaliyyət göstərdiyini, səfirlə senator kimi görüşdüyünə görə dinləmələrdə bu haqda danışmadığını deyir.

Bundan sonra seçkilərə müdaxilə məsələsində J.Sessions-u onun müavini Dana Boente əvəzləyəcək.

Bəzi konqresmenlər isə J.Sessions-un dinləmələrdə yalan danışdığını deyir, ümumiyyətlə, baş prokuror vəzifəsindən istefa verməsini istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG