Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:01

Məhkəmə AXCP Xətai rayon təşkilatının fəalı Vasif Müzəffərovu azadlığa buraxmayıb.

İnzibati qaydada həbs cəzası almış cəbhəçi barədə qərarı martın 1-də Bakı Apellyasiya Məhkəməsi çıxarıb.

Cəbhəçinin prosesdə çıxış edən vəkili Əsabəli Mustafayev rayon məhkəməsinin qərarının əsassız olması səbəbindən ləğv edilməsini istəyib.

Vəkil həmçinin əlavə edib ki, Vasif Müzəffərov ailəlidir. Bundan başqa, himayəsində iki övladı var və əmək qabiliyyəti olmayan atasına da özü baxır. Vəkil qeyd olunanların yüngülləşdirici hal kimi diqqətə alınmasını məhkəmədən xahiş edib.

Ancaq məhkəmə vəkilin arqumentlərini nəzərə almayıb.

Cəbhəçi gənc barədə Xətai rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanıb.

XATIRLATMA

Vasif Müzəffərov fevralın 22-də saxlanmışdı. Ertəsi gün Xətai rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası vermişdi.

Sosial şəbəkələrdə fəallığı ilə seçilən gənc polisin qanuni tələblərinə tabe olmamaqda günahkar bilinmişdi.

Hüquq müdafiəçilərinin bildirməsinə görə, son həftələr ümumilikdə 40-a yaxın fəal saxlanıb. Onların bir neçəsi haqqında cinayət işi açılıb, digərləri isə inzibati qaydada həbs ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG