Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:14

Qanunlara texniki dəyişiklik edilir


Milli Məclis

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün, martın 1-də keçirilən iclasında «Siyasi partiyalar haqqında» və «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

«Report»un xəbərinə görə, «Siyasi partiyalar haqqında» Qanununa dəyişiklik təklifində hansı şəxslərin siyasi partiya üzvü olmasına icazə verilmədiyi dəqiqləşdirilir.

Bura məhkəmə sədrləri, sədr müavinləri, hakimlər, ombudsman, hərbi qulluqçular, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti və gömrük işçiləri daxildir.

Habelə, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru, onun müavinləri, Mərkəzi Bankının İdarə Heyətinin üzvləri və din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.

Xəbərdə qeyd edilir ki, bu, qanuna texniki xarakterli dəyişiklikdir. Həmin sadalananlar da mövcud qanunda var. Sadəcə, Milli Təhlükəsizlik Nazirliyi ləğv edildiyindən həmin qurumun adı maddədən çıxarılıb, əvəzində isə Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin adı əlavə edilib.

İclasda «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» Qanuna da texniki dəyişiklik edilməsi tövsiyə olunub.

Hər iki dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

«Siyasi partiyalar haqqında» Qanun 1992-ci il iyunun 3-də qəbul olunub. Qanuna son dəyişiklik 2015-ci ilin mart ayında edilib.

«Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» Qanun isə 1996-cı ildə qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG