Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:09

Cəbhə görüntülərini yayan jurnalistə xəbərdarlıq edilib


Elgün İbrahimov

Baş Prokurorluq “Azərbaycan 24” xəbər portalının baş redaktoru Elgün İbrahimova xəbərdarlıq edib.

Səbəb xəbər portalında fevralın 24-dən 25-ə keçən gecə cəbhə bölgəsində baş vermiş olayların video görüntülərinin yayılmasıdır.

Bu haqda prokurorluğun məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, prokurorluqda aparılmış araşdırmalar zamanı cəbhə bölgəsində həlak olmuş azərbaycanlı hərbçilərin meyitlərini və digər informasiyaları əks etdirən video görüntülərin “Azərbaycan 24” portalının “YouTube” kanalında yayıldığı müəyyən edilib.

Buna da bax:​ Bu yaz müharibə başlaya bilər... [video]

“Azərbaycan 24”-ün baş redaktoru Elgün İbrahimov bu səbəbdən prokurorluğa dəvət edilib. Prokurorluq bildirir ki, jurnalistdən hərbi sirr təşkil edən, qarşı tərəfin maraqlarına xidmət edən informasiyaların yayılmasına son qoyulması tələb edilib.

Gələcəkdə eyni məzmunlu məlumatları ictimailəşdirməyə davam edərsə, barəsində daha ciddi tədbirlər görüləcəyi barədə E.İbrahimova rəsmi xəbərdarlıq edilib.

E. İbrahimovdan prokurorluğun xəbərdarlığına, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax: Məmmədyarov Qarabağ görüşlərinə optimist yanaşmır

Xatırlatma

Fevralın 24-dən 25-ə keçən gecə cəbhə boyunca baş verən döyüşlər zamanı Azərbaycan itki vermişdi. Nazirliyin fevralın 27-də açıqladığı məlumatda bildirilirdi ki, həmin gecə Azərbaycanın həlak olan 5 hərbçisinin- Aqşin Abdullayevin, Şahlar Nəzərovun, Tural Haşımlının, Zülfü Qədimovun və Zakir Cəfərovun nəşi beynəlxalq təşkilatların vasitəçiliyi ilə döyüş meydanından təxliyə edilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG