Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

Oscar Akademiyası qalibin adının səhv elan edilməsinə görə üzr istəyib


Aktyor Warren Beatty əlində "Ən yaxşı film" nominasiyasının yazıldığı zərfi tutub. 26 fevral 2017
Aktyor Warren Beatty əlində "Ən yaxşı film" nominasiyasının yazıldığı zərfi tutub. 26 fevral 2017

Amerika film Akademiyası, digər adıyla Oscar Akademiyası, film mükafatlarını verildiyi 89 illik həyatında ən böyük qalmaqala görə üzr istəyib və baş verənləri izah edib.

Bu haqda Oscar Akademiyası açıqlama yayıb.

Fevralın 26-sı axşamı Oscar Akademiyası Oscar mükafatlarının təqdimetmə mərasimində "Ən yaxşı film" nominasiyasında mükafatı seçilmiş film "Moonlight" (Ay işığı) əvəzində "La La Land" filminə verib. Bu yanlış az sonra düzəldilsə də böyük qalmaqal yaranıb və Oscar Akademiyası bir neçə gün sonra buna görə üzr istəyib.

Akademiya yaydığı açıqlamada səhvə görə dərindən mütəəssür olduqlarını bildirib. ""La La Land" və "Moonlight" (Ay işığı) filmlərinin yaradıcı heyyətlərindən, Faye Dunaway Warren Beatty'dən və dünya boyu bizim təqdimetmə mərasimini televiziya başında izləyən tamaşaçılardan üzr istəyirik" - deyə məktubda bildirilir.

Buna da bax: 'Oscar'ı 'Ay işığı'na 'La La Land' təqdim etdi

83 ildir Oscar mükafatlarının səsverməsini və təqdimetmə mərasimini təşkil edən PricewaterhouseCoopers (PwC) da yaydığı açıqlamada baş verənlərin əməkdaşların səhvi ucbatından olduğunu bildirərək üzr istəyib.

Əslində nə baş vermişdi...

Fevralın 28-i Los Angeles şəhərində 89-cu Oscar Mükafatı təqdmietmə mərasimində "İlin ən yaxşı filmi"ni elan etmək üçün səhnəyə iki aktyor Warren Beatty və aktrisa Faye Dunaway dəvət olunub. Warren Beatty'yə səhv zərf verildiyi üçün o zərfdə yazılanı oxumazdan əvvəl bir az tərəddüt edib, zərfdə ən yaxşı qadın aktrisa "La La Land" filmindən Emma Stone yazılmışdı. Ancaq Faye Dunaway bunun həm də "Ən yaxşı film" nominasiyasında seçilən filmin "La La Land" olduğunu düşünərək beləcə də elan etmişdi. Filimin yaradıcı heyyəti minnətdarlıq çıxışını etmək üçün səhnəyə gələndən az sonra "Ən yaxşı film" nominasiyasında seçilən filmin əslində "Moonlight" olduğu aydınlaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG