Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 04:04

Narkoloji dispanserin baş həkimi həbs olunub


Korrupsiya (arxiv fotosu).

Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov həbs olunub. Bu haqda Azadlıq Radiosuna Baş Prokurorluqdan məlumat verilib.

Hüseyn Həsənova CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib. O, vətəndaşlara rəhbərlik etdiyi dispanserdə qeydiyyatda olub-olmadıqları haqda arayış verməkdən ötrü onlardan rüşvət almaqda günahlandırılır. Onun ümumilikdə 3190 manat rüşvət almaqda şübhəli bilindiyi qeyd edilir.

Buna da bax:​ Narkotik istifadəçilərinin sayı açıqlandı

Məlumatda bildirilir ki, bir müddət əvvəl adı açıqlanmayan paytaxt sakini baş həkimdən Baş Prokurorluğun 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə şikayət edib. Həmin şikayətin araşdırılmasına Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə yanaşı, Səhiyyə Nazirliyi də cəlb olunub.

Hüseyn Həsənovun həbsi ilə bağlı prokurorluğun məlumatında baş həkimlə yanaşı, dispanserin tibb qeydiyyatçısının da adı hallanır. Bildirilir ki, arayışlar onun vasitəsilə verilirdi. Baş həkimin, artıq işdən çıxarıldığı bildirilir.

Buna da bax: 'Respublikanski'nin keçmiş baş həkiminin oğluna 7 il həbs verildi

Hələlik, Hüseyn Həsənovun yaxınları və ya vəkili prokurorluğun bu açıqlamasına münasibət bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG