Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:28

Cemilev: "20 minədək Krım tatarı yarımadanı tərk edib"


Mustafa Jemilev

2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra yarımadanı 20 minədək Krım tatarı tərk edib.

Bunu Krımla bağlı telemorofonda Krım tatarlarının lideri Mustafa Cemilev deyir.

Onun sözlərinə görə, Kremlin nəzarətində olan Krım rəhbərliyi tatarların getməsi üçün müxtəlif şəraitlər yaradırlar.

2001-ci ilin statistikasına görə, Krımda 250 minədək tatar olub.

Rusiya 20014-cü ilin martında yarımadanı ilhaq edib.

ABŞ və Avropa Birliyi bundan sonra Rusiyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib.

Rusiyanın Ədliyyə nazirliyi apreldə “Krım tatarlarının xalq məcli”sini qadağan edib.

BMT dekabrda qətnamə qəbul edərək Rusiyanı işğalçı ölkə elan edib.

Sənəddə tatarlar və ukraynalılar da daxil olmaqla Krımda insan haqlarının pozulması ittiham olunur.

Sənəd həmçinin Moskvanı “Krım tatarlarının xalq məcli”sini tanımamaq qərarını ləğv etməyə çağırır.

Moskva isə Krımı işğal etmədiyini və “tarixi ədalətin” bərpa olunduğunu təkid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG