Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:40

Trump-ın miqrantlara qadağa qoyacaq yeni sərəncamı hazırdır


D.Trump

ABŞ prezidenti Donald Trump qaçqın və miqrantlarla bağlı yeni qadağanı martın 1-də imzalayacaq. Bu haqda «The Associated Press» agentliyi adının çəkilməsini istəməyən administrasiya rəsmisinə istinadən məlumat yayıb.

Prezidentin miqrantların ABŞ-a girişini yasaqlayan əvvəlki qərarını Federal Məhkəmə ləğv edib. D.Trump isə buna cavab olaraq, yeni sərəncam imzalayacağını bəyan etmişdi.

Ağ evin sözçüsü Sean Spicer keçən həftə demişdi ki, yeni sərəncamın gecikməsinə səbəb prezidentin sənədin mükəmməlliyinə əmin olmaq istəyidir.

D.Trump hesab edir ki, terrorçuların ABŞ-a girişini önləməkdən ötrü miqrantların axını dayandırılmalı, miqrantlara sığınacaq prosedurları çətinləşdirilməlidir.

Öncəki qərar 7 müsəlman ölkəsi, özəlliklə də Suriyadan gələn qaçqınların ABŞ-a buraxılmasını müvəqqəti qadağan edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG