Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 10:55

Parlament Xocalı faciəsi ilə bağlı qərar qəbul edib


Xocalı faciəsindən 25 il keçir

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri və Dağlıq Qarabağdakı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərində azərbaycanlıları kütləvi qırıb. Bu qırğının Milli Məclisin 1994-cü il, 1995-ci il, 2007-ci il və 2012-ci il fevralın 24-də verdiyi qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilir”.

Parlamentin fevralın 24-də Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar qəbul etdiyi qərarda belə bildirilir.

Buna da bax:​ Parlamentdə Xocalı faciəsi müzakirə edilir

Qərarda deputatlara, hüquq mühafizə qurumlarına, digər dövlət və qeyri-hökumət təşkilatlarına yönəlik tövsiyələr yer alıb.

Deputatlara tapşırılır ki, xarici ölkələrə səfərlər zamanı Xocalı faciəsi haqqında həqiqətləri yaysınlar.

Hüquq-mühafizə qurumlarına isə tapşırılır ki, Xocalı faciəsinin törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib, cinayət məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görsünlər.

Buna da bax:​ 'Xocalı faciəsində 366-cı alayın iştirakı təsdiqlənib'

Qərarda dövlət qurumlarına tövsiyə edilir ki, bu məsələdə QHT-lərlə səyləri birləşdirsinlər.

Sənəddə həmçinin, xarici ölkələrin parlamentlərinə də çağırış əksini tapıb. Parlamentlərdən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının soyqırımı cinayəti kimi tanınması istənilir.

Parlamentdə Şəhidlər xiyabanında Xocalı abidəsinin qoyulması təklifi də irəli sürülüb.

Buna da bax: Dini icmalardan dünyaya Xocalı müraciəti

XATIRLATMA

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər isə itkin düşüb.

Buna da bax:​ Cibuti Xocalı faciəsini soyqırımı kimi tanıyıb

Dünyanın 10-a yaxın ölkəsinin və ABŞ-ın bir çox ştatlarının parlamenti Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG