Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:39

İsa Qəmbərlə Arif Hacılı prokurorluğa çağrıldı


Arif Hacılı

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər və bu partiyanın başqanı Arif Hacılı prokurorluğa dindirməyə çağrılıblar.

Müsavat Partiyasına bununla bağlı məktub daxil olub.

Məktubu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov göndərib.

İsa Qəmbər və Arif Hacılı fevralın 27-də idarədə olmalıdır.

Müsavat başqanı Arif Hacılı istintaqa çağrılmalarının səbəbləri barədə təfsilatlı bilgilərinin olmadığını deyib. «Ancaq bildiyimiz qədər, mühacirətdə olan azərbaycanlılarla bağlı cinayət işi açılıb. Güman ki, bununla bağlı dindirəcəklər», - deyən Arif Hacılı əsas niyyətin Müsavata basqı etmək olduğunu düşündüyünü bildirib.

«Bu Müsavat Partiyasına təzyiq siyasətinin bir parçasıdır», - deyən A.Hacılı partiyanın Şəki təşkilatı ətrafında son vaxtlar baş verənləri xatırladıb.

Bu gün, fevralın 24-də Müsavat Partiyasının Şəki təşkilatının fəallarından biri polisə müqavimətdə günahlandırılaraq 25 sutka inzibati həbs cəzası alıb. Bir müddət öncə isə Müsavat və AXCP Şəki təşkilatları qərargahdan çıxarılıb.

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi (AKM) fevralın 18-də Almaniyanın Köln şəhərində «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG