Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:03

İraq ordusu Mosulun qərbindəki yaşayış məhəlləsinə girdi


Mosul

İraq ordusu beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə fevralın 24-də Mosulun qərbinə hücuma keçiblər.

Bu barədə “Kurdistan 24” kanalı məlumat yayıb.

Artıq hərbçilərin şəhərin yaşayış məhəllələrindən birini tutduqları xəbər verilir.

Qeyd edək ki, hərbçilər bundan əvvəl Mosul hava limanını tam nəzarətə götürüblər.

Hazırda hava limanının ətrafındakı hərbi aerodroma çəkilmiş yaraqlılarla savaş gedir.

Mosul 2014-cü ildən “İslam dövləti” qrupunun nəzarətindədir.

Şəhərin azad edilməsi uğrunda quru əməliyyatına ötən il oktyabrın 17-dən başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG