Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

197 Xocalı sakini itkin sayılır


Xocalını anım mərasimi - 26 fevral 2015

«Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş kimi qeydiyyatdadır».

APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. O bildirib ki, həmin 197 nəfərdən 95-nin əsir və girov götürülməsi barədə şahid ifadələri mövcuddur. Onların arasında 12 uşaq var.

İ.Axundov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ümumilikdə 3868 nəfər azərbaycanlı itkin düşmüş kimi qeydiyyatdadır: «Girovluqdan azad edilmiş 1437 nəfərin arasında 210 uşaq olub. Araşdırmalar nəticəsində isə 179-dan çox naməlum qəbir aşkarlanıb. Həmin məzarlarda gələcəkdə eksqumasiya aparılacaq».

XATIRLATMA

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG