Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:49

«Başak-İnam Sığorta Şirkəti» ASC lisenziyasının ləğv edilməsindən ötrü Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edib.

APA-nın xəbərinə görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı söyləyib.

Onun deməsinə görə, sığorta şirkətinin bağlanmasına artıq razılıq verilib.

Bundan əvvəl ölkədə «Buta Sığorta» ASC, «Beynəlxalq Sığorta Şirkəti» ASC, «Azərqarant Sığorta» və «Qarant Sığorta» ASC də fəaliyyətini dayandırıb.

Ötən il Azərbaycanda 10-dan çox bankın da lisenziyası əlindən alınıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG