Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:14

Daha bir cəbhəçi fəala 30 sutka verildiyi deyilir


Foto illüstrasiya

Fevralın 23-ü AXCP Xətai rayon təşkilatının gənc fəalı Vasif Müzəffərova 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib: «Vasif Müzəffərovu iki gün öncə (fevralın 22-si) yaşadığı evdən çıxarkən Xətai rayon polis əməkdaşları saxlayıb və idarəyə aparıblar».

G.Bayramlı deyib ki, V.Müzəffərov sosial şəbəkələrdə də fəaldır. Onun deməsinə görə, gənc polisə müqavimətdə günahlandırılıb.

G.Bayramlı gəncin şərləndiyini düşünür və bunu partiyaya növbəti təzyiq hesab edir.

Məsələyə, hələlik, Xətai rayon Polis İdarəsindən mövqe almaq mümkün olmayıb.

Son iki həftədə AXCP-nin 6 üzvünə inzibati qaydada həbs cəzası verilib. Daha bir üzvü isə cinayət məsuliyyətinə cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG