Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:35

Müdafiə naziri cəbhə xəttində yeni tikililərin açılışında olub


Cəbhə xəttində.

Fevralın 23-ü Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə xəttində yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yeni tikililər haqqında rəhbər heyətə məruzə edilib.

Buna da bax:​ Hərbi hava qüvvələrinə aid yenitikililərin açılışı olub

Təlim mərkəzində idarəetmə məntəqəsi, qərargah binası və şəxsi heyətin yerləşdirilməsindən ötrü lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə yaxın inşa edilən təlim nöqtələri atış çalışmaları, xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsindən ötrü nəzərdə tutulub.

Müdafiə naziri Zakir Həsənovun mərkəzdə təlim keçəcək şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə göstəriş və tapşırıqlar verdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG